Aprelin 20-də NATO ilə Rusiya arasında rəsmi görüş keçiriləcək.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bu son 2 il ərzində ilk belə görüş olacaq.
Görüşdə əsasən Ukrayna münaqişəsi və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.
Rusiya 2014-cü ilin aprelində Krımı ilhaq etdikdən sonra NATO onunla demək olar ki, bütün əməkdaşlığı dayandırıb.
Tərəflər Brüsseldə səfirlər səviyyəsində görüş keçirmək razılığına gəliblər.