-
Amsterdamda Schiphol aeroportu qismən boşaldılıb, rəsmilər polisin bir şübhəlini saxladığını bildirir.
Hava limanının sözçüsü Alfred Ellwanger deyib ki, həmin şəxs aprelin 12-də axşam saxlanıb, ancaq onun kimliyi, konkret niyə saxlandığı açıqlanmır. O, həbsin “şübhəli durum barədə məlumatdan” sonra həyata keçirildiyini söyləyib.
Televiziyada aeroporta nəzarət edən xüsusi hərbi polis görüntülənib.
Saxlanan şəxsin yükü də axtarılıb.
Avropadakı digər aeroportlar kimi, Schipol-da da yüksək təhlükəsizlik tədbirləri görülüb.
Martın 22-də Brüssel aeroportunda intiharçı hücumu törədilmiş, üst-üstə 32 nəfər həlak olmuşdu. Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.