“Atletiko”-“Barselona”,“Benfika”-“Bavariya”

Lionel Messi

Aprelin 13-də futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulur.

Belə ki, bu gün daha iki yarımfinalçı müəyyənləşəcək.

Madridin “Atletiko” klubu öz meydanında “Barselona”nı qəbul edir.

Barselonada keçirilən İlk oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə olub.

Digər görüş isə Portuqaliyada keçirilir.

“Benfika” öz meydanında Almaniyanın “Bavariya” klubunu qəbul edir.

Almaniyada keçirilən ilk oyunda hesab 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə olub.

Aprelin 12-də keçirilən cavab görüşlərinin nəticəsinə görə isə Madridin “Real” və İngiltərənin “Mançester Siti, klubları yarımfinala çıxıblar.

"Mançester Siti" – “PSJ” ni 1:0 , “Real” isə "Volfsburq"-u 3:0 hesabı ilə məğlub edib və hər iki görüşün nəticəsinə görə yarımfinala vəsiqə qazanıblar.