8 Ukrayna əsgəri yaralanıb

Foto arxiv

Ukrayna hərbçiləri son 24 saat ərzində ölkənin şərqində gedən atışmalarda 8 əsgərin yaralandığını deyirlər.

Ordunun sözçüsü Andrei Lysenko aprelin 13-də keçirdiyi mətbuat konfransında toqquşmaların Donetsk vilayətində baş verdiyini deyib.

O atəşkəs rejiminin azı 53 dəfə pozulduğunu bildirib.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Hazırda tərəflər arasında atəşkəsdir. Amma tərəflər vaxtaşırı bir-birini atəşkəs rejimini pozmaqda günahlandırır.