Miqrantlarla gözyaşardıcı qaz buraxılıb

Foto arxiv

Makedoniya polisi Yunanıstandan tərəfdən sərhədə yaxınlaşan miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

İnsident aprelin 13-də baş verib.

Yunanıstan tərəfə toplaşan miqrantlardan təxminən 50-i sərhəddə quraşdırılmış səddə yaxınlaşıb.

Onların qarşısını almaq üçün Yunanıstan polisi də işə qarışıb.

Aprelin 10-da Makedoniya polisi ilə toqquşmada yüzlərlə miqrant xəsarət alıb.

Həmin vaxt miqrantlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edilib.

Makedoniya Yunanıstan polisini miqrantların qarşısını ala bilməməkdə günahlandırır.

Hazırda Yunanıstanın İdomeni qəsəbəsi ətrafındakı düşərgədə minlərlə qaçqın var.

Əksəriyyəti Şimali Afrika və Yaxın Şərqdən olan qaçqınlar Türkiyə, Yunanıstan və Balkan ölkələri vasitəsilə daha varlı Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.