Partlamamış hərbi sursat zərərsizləşdirilib

-

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 13-də Tərtər, Ağdam, Goranboy və Füzuli rayonlarında aşkarlanmış partlamamış hərbi sursatlar haqqında hesabat təqdim edib.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qazax rayonunun Əskipara kəndində 4 ferma və 10 partlayış yerinə baxış keçirilib. Baxış zamanı 1 əkin sahəsində 122 millimetrlik 30 partlamamış top mərmisi aşkar olunaraq götürülüb.

Ağdam rayonunun Əfətli kəndində 4 həyətyanı sahəyə baxış zamanı torpaq altında 3 partlamış qrad raketinin qalıqları çıxarılıb.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 12 ev və həyətyanı sahələrdə 14 partlayış yerinə baxış keçirilib. Baxış zamanı 13 partlamış və 1 partlamamış 122 millimetrlik top mərmisi aşkarlanaraq götürülüb.

Ümumilikdə, agentlik aprelin 7-dən 13-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 176 evə, həyətyanı sahəyə, 4 fermaya, 1 əkin sahəsinə baxış keçirib. Baxış zamanı 45 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda Agentlik xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.