Rusiya hərbi təyyarələrini müdafiə edir

Aprelin 12-də çəkilmiş foto

-

Rusiyanın Müdafiə Nazirliyi hərbi təyyarələrinin ABŞ eskadra minadaşıyanı yaxınlığından uçmasını müdafiə edir.

Nazirliyin sözçüsü Igor Konashenkov aprelin 14-də deyib ki, Su-24 bombardmançısının heyəti bütün təhlükəsizlik qaydalarına əməl edib.

Bazar ertəsi iki Su-24 taktiki bombardmançısı Baltik dənizinin beynəlxalq sularında ABŞ-ın “Donald Cook” gəmisinə son dərəcə yaxın gəlib.

ABŞ rəsmisi deyib ki, SU-24 silahlı olmayıb, ancaq gəmiyə o qədər yaxınlaşıb ki, hətta “dənizdə dalğa yaradıb”.

Hadisə baş verən zaman “Donald Cook” gəmisində Polşa helikopter heyəti ilə desant təlimləri keçirilirdi.