Putin:"Panama sənədləri təxribatdır"

Vladimir Putin

Vladimir Putin illik çıxışında “Panama sənədləri”dən də danışıb.

O bildirib ki, bu sənədlərin sızdırılması təxribatdır və məqsəd rusiyalılar arasında şübhə toxumu səpməkdir.

Putin həmçinin yaxın dostu, violonçel ustası Sergei Polduginin Panamadakı ofşor şirkətlərdə 2 milyard dollarədək vəsaiti olması barədə məlumatları təkzib edib.

O bir daha seyib ki, Poldugin qazandığı bütün pullara musiqi alətləri alaraq Rusiyaya gətirib.

Putin deyib ki, məqsəd qarşıdan gələn parlament və prezident seçkiləri ərəfəsində ictimai rəyi çaşdırmaqdır.

Qeyd edək ki, bu günlərdə yayılan “Panama sənədləri” adlı hesabatda Putin də daxil olmaqla 12 dünya lideri və yüzlərlə tanınmış şəxsin adları hallanır.

Onlar Panamadakı ofşor şirkətlər yolu ilə vergidən yayınma və pulyuma əməliyyatlarında ittiham olunurlar.