"Dağlıq Qarabağ münaqişəsi çox həssas mövzudur. Mən elə gəlir ki, biz bu mövzuya ehtiyatlı yanaşmalıyıq.
Bunu Rusiya prezidenti Vladimir Putin aprelin 14-də illik , canlı sual-cavabında deyib.
“Təəsüflər olsun ki, olsun ki, orada zorakılıq baş qaldırdı. Biz əlimizdən gələni edəcəyik ki, bu münaqişə həll olunsun, hər iki tərəf üçün məqbul sayılan həll yolu tapılsın. Əlbəttə ki, Dağlıq Qarabağla bağlı uzunmüddətli həlli lazımdır. Bu, istisnasız olaraq siyasi yolla həll olunmalı və kompramist tapılmalıdır".
Putin bildirib ki, güzəşt tapılmalıdır: "Bir neçə il əvvəl mənə elə gəlirdi ki, biz hər iki tərəfə sərf edən güzəşti tapmağa yaxınlaşmışıq. Təəssüflər olsun ki, belə deyilmiş. Beynəlxalq strukturlar çərçivəsində və ikitərəfli formatlarda münaqişənin həlli istiqamətində işlərimizi davam etdirəcəyik. Kimin nə deməsindən asılı olmayaraq, Rusiya bu münaqişənin həllində maraqlıdır. Biz həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edirik."