Avropa Liqasının yarımfinalçıları bəlli olur

Foto arxiv

Aprelin 14-də futbol üzrə Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilir.

Bugünkü 4 görüşdə yarımfinalçılar ı bəlli olacaq.

İngiltərənin “Liverpul” klubu öz meydanında Dortmundun “Borussiya”klubunu qəbul edir. Oyunun gərgin keçəcəyi gözlənilir.

Belə ki, Dortmundda keçirilən ilk oyunda hesab 1:1 olub.

Digər görüşlərdə isə “Sevilya” “Atletik”i, “Sparta” “Vilyareal”ı, “Şaxtyor” isə “Braqa”nı qəbul edir.

Bütün oyunlar Bakı vaxtı ilə 23:05-də başlayır.