-
Aprelin 14-də Yaponiyanın cənubunda güclü zəlzələ baş verib, azı 2 nəfər həlak olub. Zəlzələdən yanğınlar törənib, yüzlərlə adam xəsarət alıb. Xilasedicilər bütün gecəni dağıntılar altında qalanları axtarıblar.
6 bal gücündəki zəlzələ bəzi binaları dağıdıb. Enerji zavodlarında problem olmadığı bildirilir.
NHK televiziyası sunami xəbərdarlığının olmadığını söyləyib. Televiziya azı 400 nəfərin xəstəxanalarda müalicə aldığını əlavə edib.
Ölü sayının artacağı gözlənilir. Kumamoto şəhərində bir rəsmi azı 9 nəfərin öldüyünü deyib.
Kyuşu adasında zəlzələ nəticəsində on minlərlə insan evini tərk edib.