Pxenyanın raket sınağı alınmayıb

Şimali Koreya, arxiv fotosu

-

Cənubi Koreya ordusu bildirir ki, Pxenyanın aprelin 15-də raket sınağı cəhdi alınmayb. Sınaq ölkənin ilk prezidentinin ad günü münasibətilə keçirilməliydi.

Seulun Yonhap xəbər agentliyinin məlumatına görə, Şimali Koreya cümə günü şərq sahilindən Musudan ortamənzilli ballistik raket atmağa cəhd göstərib.

Şimal respublikasının yaradıcısı Kim Il-Sung-un ad günü münasibətilə raket sınağının keçiriləcəyi barədə bir gün öncədən məlumatlar yayılmışdı.

Pxenyanın bu il keçirdiyi raket sınaqları BMT-nin yeni sanksiyaları ilə sonuclanıb.