Növbəti sammit Qambiyada

İƏT-in İstanbul sammiti - 14 aprel 2016

-

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti zirvə toplantısı iki ildən sonra Qambiyada keçiriləcək.

Bu xəbəri İƏT-in mətbuat xidməti yayıb.

Bununla da Türkiyədən (2016-18-ci illər) sonra növbəti iki ildə quruma sədrliyin (2018-2020-ci illərdə) Qambiyaya keçəcəyi məlum olub.

2017-ci ildə isə Qazaxıstanda İƏT-in elm və texnologiya üzrə sammitinin keçirilməsi nəzərdə tutulur.

Hazırda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII zirvə toplantısı keçirilir. Bu gün başa çatacaq sammitin yekununda «İstanbul Bəyannaməsi» və Fələstin məsələsi üzrə qətnamənin qəbul edilməsi gözlənilir.

İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb.
2011-ci ildə Astana sammitində qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb. Qurum sıralarında 60-a qədər dövləti birləşdirir. Azərbaycan 1992-ci ildən onun üzvüdür.