Lukaşenko islam dövlətlərini birliyə çağırıb

Alexander Lukashenko və Recep Tayyip Erdogan

Belarus prezidenti Aleksandr Lukaşenka ölkəsinin islam dünyası ilə əlaqələri gücləndirmək fikrində olduğunu bildirib.

Lukaşenko martın 14-da İslam Dövləti Təşkilatının İstanbulda keçirilən sammitində bildirib ki, müsəlmanlarsız əsil çoxqütblü dünya yaratmaq mümkün deyil.

O bildirib ki, islam dünyası, dünyanın digər əsas geosiyasi oyunçuları ilə yanaşı sabitlik və təhlükəsizliyin əsası ola bilər.

Belarus prezidenti islam dövlətlərini birliyə və daxili fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.