Rusiyanın Yaroslavl şəhərində Boris Nemtsovun yaşadığı binaya vurulmuş xatirə lövhəsi götürülüb.
Trefoleva keçəsindəki binanın sakinləri aprelin 15-də lövhənin binadan söküldüyünü görüblər.
Bu lövhə binaya müxalifət lideri Nemtsovun qətlinin 1 illiyi münasibəti ilə sakinlərin istəyi ilə vurulmuşdu.
Lövhədə bu sözlər yazılmışdı: ”Bu binada vətənpərvər və Rusiya vətəndaşı Boris Nemtsov yaşayıb”.
Yerli meriyanın məlumatına görə lövhəni idarə şirkəti söküb.
Müxalif siyasətçi Boris Nemtsov 2015-ci il, fevralın 27-də Moskvada Böyük Moskvaretsk körpüsünün üstündə qətlə yetirilib.
O Rusiya prezidenti Vladimir Putinin sərt tənqidçilərindən idi.