-
Təl-Əviv ilə Ankara arasında münasibətlərin normallaşması məqsədilə əldə olunacaq razılaşmanın 90 faiz tamamlanıb.
Bu haqda İsrailin enerji naziri Yuval Steinitz məlumat verib.
Baş nazir Binyamin Netanyahu-ya yaxın olan Steinitz Qəzza bölgəsinə liman inşa edilməsi mövzusunda da razılığın olduğunu bildirib.
2010-cu ildə İsrail hərbçilərinin beynəlxalq sularda Qəzzaya yardım aparan «Mavi Marmara» gəmisinə hücumu zamanı 10 Türkiyə vətəndaşı öldürülmüşdü.
Bundan sonra Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşmişdi. Türkiyənin tələbi ilə İsrail 3 il sonra üzr istəmişdi. Keçən ilin dekabrından isə iki ölkə arasında münasibətlərdə yaxınlaşma hiss olunur.