Avropa Birliyi Liviyaya yardım göstərəcək

Frank-Walter Steinmeier

-

Avropa Birliyi Liviyanın təhlükəsizlik qüvvələrinə təhsil verməyə hazırdır. Bunu Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyib. Steinmeier bildirib ki, bu Liviyadan xaricdə mümkün ola bilər.

2014-cü ildən Liviyada bir-birinə rəqib olan iki hakimiyyət var. Birləşmiş Millətlər Təşkilatının yardımı ilə qurulan milli birlik hökuməti 2011-ci ildə Muammar Gaddafi devriləndən sonra fəaliyyətə başlayıb. Ölkənin bir hissəsinə isə silahlılar nəzarət edir.