ABŞ hərbçiləri Yaponiyaya gedir

Yaponiya aprelin 15-də

-

Aprelin 18-də ABŞ hərbçiləri Yaponiyada zəlzələ bölgəsinə yardıma gedir.

Aprelin 14-də və 16-da baş vermiş güclü zəlzələdən sonra hökumət on minlərlə insana kömək göstərməyə çalışır.

Aprelin 18-də yayılmış məlumata görə zəlzələdə 42 nəfər ölüb, azı 10 nəfərin axtarışları davam edir.

Üstəlik ölkədə leysan yağışlar gözlənilir. Bu cür hava şəraitinin torpaq sürüşməsini gücləndirəcəyi, ziyan görmüş binaları daha da laxladacağı sarıdan narahatlıq var.

Kyuşu adasında baş vermiş zəlzələ 110 min nəfəri evindən didərgin salıb.