Air France İrana uçuşları bərpa edir

Arxiv fotosu

-

Air France aviaşirkəti aprelin 17-də İrana uçuşları bərpa edib. Paris-Tehran reysi səkkiz ildən sonra yenidən işə düşüb.

Ötən il İran dünya gücləri ilə nüvə sazişi əldə edəndən sonra bu ilin yanvarında Tehrana sanksiyalar qaldırılıb.

İlk reysin sərnişinləri arasında Fransanın nəqliyyat naziri Alain Vidalies və 15 biznesmen olub.

Tehranın İmam Khomenei aeroportuna uçuşların bərpası, hələlik, nüvə sazişinin ilk real nəticələrindən biridir.

İran rəsmiləri sazişin gözəgörünən faydası olmamasından gileylənirlər.

Tehran iqtisadiyyatını şaxələndirməyə, turist sayının çoxalmasıyla artıma nail olmağa çalışır

Air France Tehrana həftədə 3 dəfə uçuş təşkil edəcək.

Almaniyanın Lufthansa və Avstriya Hava yolları da İrana həftədə bir neçə dəfə reyslər həyata keçirir.