Doha konfransından sonra Rusiya rublu yenidən ucuzlaşıb.
1 ABŞ dolları 68 rubl 60 qəpik, avro isə 77 rubl 50 qəpik olub.
Buna səbəb Doha konfransında tərəflərin neftin qiymətinin yanvar səviyyəsi həddində dondurulması ilə bağlı razılığa gələ bilməməsi olub.
Bundan sonra «Brent» markalı neftin barreli təxminən 2 dollar ucuzlaşaraq 41 dollara düşüb.