Real inflyasiya nə qədərdir?

-

Yanvar - mart aylarında ölkə əhalisinin gəlirləri 10 milyard 303 milyon manat olub. Bu haqda Dövlət Statistika Komitəsi məlumat verir.

Birinci rübdə illik inflyasiya isə 10,8 faiz təşkil dib.

Bəzi iqtisadçılar ötən il manatın dollara nisbətdə iki dəfə qiymətdən düşdüyünü nəzərə alaraq, real inflyasiyanı 40 faiz civarında götürürlər.
Onlar qeyd edirlər ki, xarici mallar iki dəfəyədək bahalanıb.

Aprelin 1-i üçün bir nəfərə düşən gəlir min 73 manat (ayda 357,7 manat) olub.

Ekspertlərə görə, əhalinin gəlirlərinin orta hesabla verilməsi metodu doğru deyil. Çünki oliqarxlarla aztəminatlı əhalinin gəlirləri eyniləşdirilir.