Sel Lerikdə insanlara böyük ziyan vurub- [Fotolar]

►"Sel ağac köklərini körpüyə çırpdı, dağıldı.İndi gediş-gəliş yoxdur."

Lənkərançay Lerik rayonunun dağlıq ərazilərindən axaraq Xəzər dənizinə tökülür.

Çayın axdığı istiqamətdə 56 kilometrlik Lənkəran-Lerik yolu da uzanır. Həmin yol ilə seldən ziyan çəkmiş kəndlərə gedirk.

Bu yola milyonlarla pul xərclənib, əsaslı təmir olunaraq 2005-ci ildə istifadəyə verilib.

Yolun açılışında ölkə prezidenti də iştirak edib. Bu yolun Lənkəran hissəsi indi yararsız hala düşüb.

Yerli sakinlərin demələrinə görə, İpək yolunun salınması üçün bu ərazidən çınqıl daşınır. Yüksək tonnajlı maşınlar yolu yararsız hala salıblar. Lənkərançayın üstündə çoxlu çınqıl sexləri fəaliyyət göstərir. Burdan gecə-gündüz çınqıl daşınır.

Lənkəran rayonunun Təngivan kənd sakini Şakir Əsgərovun sözlərinə görə, selin dağıntılar yaratması heç də təsadüfi deyil. Çünki Lənkərançayı neçə illərdir ki, dağıdırlar :

“Çayın qırağını daşıyırlar, yaxınlıqda olan yol sürüşür ”

“Gecə səhərə qədər yekə daşları əridirlər, dağıdırlar. Otlaq yerlərini də qazırlar. Yuxarıda körpümüz var, qazdılar ətarfını sel apardı. Balaca körpü gətirib quyublar orda. Dəfələrlə şikayət etmişik. İcazə yoxdur otlaq sahələrini dağıtsınlar. Çayın qırağını daşıyırlar, yaxınlıqda olan yol sürüşür. ”

Yaşayış evləri, istirahət zonaları Lənkərançayın ətarfında salınıb. Çaya yaxın olan evlər seldən daha çox ziyan çəkib. Sakinlərin özlərinin saldığı körpüləri də sel yararsız hala salıb.

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

Lerik rayonunun Təbrizli kəndini əsas yola birləşdirən körpü də dağılmışdı. Yerli sakinlər körpünü bərpa etmyə çalışırdılar. Onların dediklərinə görə, köməksiz olduqları üçün, hələ ki,nəticə yoxdur.

Körpüdən keçmək mümkün deyildi. Suyun axarı güclü olduğu üçün çaya düşmək də təhlükəli idi. Təbrizli kənd sakini Mirəvəz Məcidovun deməsinə görə, sovet dövründə körpünü kənd saknləri öz vəsaitləri hesabına tikiblər:

Mirəvəz Məcidov

“İndi gediş-gəliş yoxdur”

“Sel ağac köklərini körpüyə çırpdı,dağıldı.İndi gediş-gəliş yoxdur. Tək bir kəndi birləşdirir. Təbrizli kəndidir, 20 ev var. İri maşınlar olmalıdır ki, körpünü qaldırsın.”

Kənd sakininin sözlərinə görə, sel çaya yaxın olan əraziləri yuyb aparıb. Elə ağaclar var ki, kökündən qopardıb :

”Çaya yaxın olan əkin sahələrində heç nə qalmayıb.”

“Əkin sahələrinə ziyan dəyib. Çaya yaxın olan əkin sahələrində heç nə qalmayıb.”

Adınn çəkilməsini istəməyən Lerik rayonunun Nüvədi kənd sakininin deməsinə görə isə, kartof sahəsini sel aprıb:

“Kartof sahələrini məhv edib. Hasarı ,ördəklərin hamısını aparıb. Qonşular da ziyan çəkib. Bələdiyyə,kənd icra nümayəndəsi gəlmişdi. Baxdılar ”

İcra hakimiyyəti nə deyir?

Lerik Rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov da deyir ki, sel fərdi təsərrüfatlara böyük ziyan vurub:

“Dəymiş ziyanla bağlı məlumatlar toplanıb. Selin vurduğu ziyanla bağlıı 20-yə yaxın evdən şikayət var. 10-na yaxın piyada keçidi sıradan çıxıb. Torpaq sürüşməsi də baş verib. Fövqəladə hallar nazirliyinin nümayəndələri də hadisə yerinə baxış keçirdirlər.Tədbirlər görülür.”

Habil Məlikovun bildirdiyinə görə Lənkəran-Lerik yolunun dağılmış hissələrini bərpa etmək üçün təkliflər verilib:

“Yol əsasən Lənkəran hissəsində dağıntıya məruz qalıb. Çünki o ərazidə böyük çəkili maşınlar çınqıl daşıyırlar. Bu da yolun dağılmasına səbəb olub.”

Müavinin sözlərinə görə, Lənkərançayın üstündə fəaliyyət göstərən çınqıl zavodları onların tabeçiliyində deyil.

Həmin zavodların fəaliyyətinə Ekologiya və Təbii sərvətlər nazirliyi nəzarət edir.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel Radio proqramında

Rusiyalı politoloq Sergey Markov Bakıda proqnoz verib ki, bu dəfə Qarabağ danışıqları uzanmayacaq
5 işçisi olan Azərbaycan səfirliyi 2 min litr pivəni kimə sifariş verib?
BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel TV proqramında
Yeni xaricdə təhsil proqramı necə olsun?
Şəkər xəstəliyi ilə mübarizə üçün yeni cihaz ixtira olundu