ATƏT rəsmisi Yerevana gedib

Edward Nalbandian və Gunter Behler

Ermənistanın xarici işlər naziri Edward Nalbandian aprelin 18-də ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi elçisi Gunter Behleri qəbul edib.

Görüşdə son günlər Qarabağ cəbhəsində yaranan gərginlik müzakirə olunub.

Behler ATƏT-in təmas xəttində baş verən son hadisələrdən dərin narahat olduğunu bildirib.

Görüşdə danışıqların Minsk qrupu formatında davam etdirilməsinin perespektivləri müzakirə olunub.

Tərəflər münaqişənin yalnız dinc yola həllinin vacibliyini qeyd ediblər.