Gurcüstanda etiraz aksiyası davam edir

Foto arxiv

Gürcüstan Texniki Universitetinin tələbələri aprelin 18-də rektor Archil Prangishvilinin istefası tələbi ilə etiraz aksiyası keçiriblər.

Universitetin qarşısına 50-ə yaxın tələbə yığışıb.

Onlar rektorun istefası, akademiya şurasının buraxılması və təhsil sahəsində islahatlar aparılmasını təlb edən müəllimlərə dəstək bildiriblər.

5 professor rektora etiraz olaraq artıq 7-ci gündür ki, aclıq aksiyası keçirir.

3-cü dəfə seçilən rektorun istefası və vaxtındanəvvəl seçki keçirilməsini tələb edən tələbələr əks halda radikal tədbirlərə əl atacaqlarını deyirlər.

Aksiyaçılara Tbilisi Dövlət Universitetinin tələbələri də həmrəylik bildirib.

Bu universitetin özündə də hazırda eyni tələblə aksiya keçirilir.

“Auditoriya 115” tələbə təşkilatı təhsil naziri Tamar Sanikidze və baş nazir Georgi Kvirikashvilini baş verənlərə münasibət bildirməyə çağırıb.