-
Ekvador hökumət bildirir ki, aprelin 16-da baş vermiş 7.8 ballıq zəlzələdən ölənlərin sayı 413-ə çatıb. Minlərlə yaralı var.
Hökumət ölü sayının artacağını bildirir, çünki dağılmış binalar altında qalanlar çoxdur.
Ölkə prezidenti Rafael Correa bu zəlzələni son 67 ildə ölkədə baş verən ən dəhşətli faciə adlandırıb. O, aprelin 18-də zəlzələ bölgəsini vertolyotla seyr edib, Portoviejo və Manta şəhərlərinin, demək olar, “dağıldığını” söyləyib.
İsveçrə, İspaniya, Latın Amerikasının bir neçə ölkəsi xilasetmə işlərinə qoşulub.