Vergilər Nazirliyinə yeni səlahiyyət verilib

-

Prezident İlham Əliyev aprelin 18-də “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanununa dəyişiklik edilməsi ilə bağlı fərman verib.

Prezident həmin qanunla təsdiq edilmiş “Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” özünün 2000-ci il avqustun 25- də verdiyi fərmana da dəyişiklik edib.

“APA” xəbər verir ki, bununla da Vergilər Nazirliyinə əlavə səlahiyyətlər verilir. İndiyə qədər məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı cinayətlərə dair işlər üzrə ibtidai istintaq tərəfindən aparılıb. Dəyişikliyə əsasən, bu sahədə Ədliyyə Nazirliyinin səlahiyyəti Vergilər Nazirliyi ilə bölüşdürülüb. Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparmaq səlahiyyəti yenə Ədliyyə Nazirliyində qalacaq. Vergilərin ödənilməməsi ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi məsələsi isə Vergilər Nazirliyinin səlahiyyətinə verilir.