AB - Makedoniya danışıqları olacaq

Makedoniyada etirazlar

-

Avropa Birliyi Makedoniya liderlərini aprelin 22-də danışıqlara çağırıb. Məqsəd bu kiçik Balkan ölkəsində siyasi böhrana son qoymaqdır.

Avropa Komissiyasının sözçüsü Maja Kocijancic təklif edib ki, Makedoniya siyasi partiyalarının liderləri Vyanada AB-nin genişlənmə üzrə komissarı Johannes Hahn ilə görüşsünlər.

Sözçü deyib ki, Hahn ilə görüşdə “islahatların prioritetləri” də müzakirə olunacaq.

Hakim VMRO-DPMNE partiyası dəvəti qəbul edib. Əsas müxalifət partiyası olan Sosial Demokratlar isə qərarın “növbəti günlərdə” veriləcəyini bildirib.

Aprelin 12-də Prezident Gjorge Ivanov korrupsiyada şübhəli bilinən məmurlara qarşı istintaqı dayandırıb. Bundan sonra ölkədə etirazlar başlanıb.