Azərbaycan zabiti həlak olub

Müdafiə Nazirliyi

-

Azərbaycanın hərbi qulluqçusu, polkovnik-leytenant Sənan Axundov həlak olub.

«Report» xəbəri Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.

S.Axundovun təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olduğu bildirilir.

Mətbuat xidməti zabitin ölümü ilə bağlı əlavə məlumat verməyib.