Ekvadorda zəlzələdən ölənlərin sayı 400 nəfəri ötüb.
Manta şəhərində hotelin dağıntıları altından sağ qalmış 1 kişi çıxarılıb.
Bu son 2 gün ərzində xilas edilən ilk sağ adamdır.
“Sonuncu dəfə burdan 7 meyit çıxarmışıq,amma kimlərinsə sağ qalmasına ümidimizi üzmürük.
Bu gün dağıntılar altında qalanlardan biriqohumlarına zəng vura bilib. Və bix Kolumbiyadan olan həmkarlarımızla birlikdə hərəkət planı hazırladıq. Biz 3 tərəfdən içəri girərək həmin adamı xilas edə bildik”, xilasedici Karlos Sevayos deyir.
Ölənlərdən başqa 2 mindən çox adam xəsarət alıb.
Aprelin 16-da Ekvadorda baş verən zəlzələ 7,8 bal gücündə olub.
Xilasedici əməliyyatlara 13 mindən çox adam cəlb edilib. Həmçinin qonşu Latın Amerikası ölkələri,İspaniya, Kuba və İsveçrədənxilasedici qruplar və mütəxəssislər gəlib.
Prezident Rafael Korrea təbii fəlakət zonasına baş çəkib, bunun ölkə iqtisadiyyatına böyük zərbə olduğunu bildirib.