-
Aprelin 19-da NATO-nun Mənzil-Qərargahında Azərbaycanla bu hərbi alyansın nümayəndələri arasında görüş keçirilib. Görüş “Planlaşdırma və Analiz Prosesi” (PAP) sənədi çərçivəsində tərəfdaşlıq məqsədlərinin müzakirəsi üzrə NATO-nun “28+1” formatında baş tutub.
Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Orada Azərbaycanın müdafiə və xarici işlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, NATO yanında daimi nümayəndəliyinin təmsilçilərinin iştirak etdiyi bildirilir.
Toplantıda regiondakı təhlükəsizlik məsələləri, müdafiə sahəsində aparılan islahatlar, NATO ilə hərbi uzlaşmanın genişləndirilməsinin perspektivləri müzakirə edilib.