Erdogan Avropa Parlamentini tənqid elədi

Recep Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyip Erdogan Türkiyədə qanunun alililiyi ilə bağlı Avropa Parlamentinin hesabatını tənqid edib.

O aprelin 19-da hesabatın təxribat xarakterli və pis məramlı olduğunu deyib.

Erdogan deyib ki, Avropa Birliyinin Türkiyəyə daha çox ehtiyacı var, nəin ki, Türkiyənin ona.

Avropa Birliyi bu yaxınlarda illik hesabatında 2015-ci ildə Türkiyədə insan haqları və mətbuat azadlığının vəziyyətini tənqid edib.

Qeyd edək ki, Türkiyə Avropa Birliyi ilə üzvlük danışıqlarının tezləşdirilməsinə çalışır.

Amma insan haqları bu məsələdə əsas amillərdən biridir.