Müşfiq Xan “5.45” adlı yeni kitabını təqdim edəcək

Kitab

-

23 aprel saat 12-də Bakının Nəsimi rayonunda yerləşən Zorge parkında baş tutacaq Oxu Günü tədbirində Müşfiq Xanın yeni çap olunmuş “5.45” adlı kitabın təqdimatı və imza günü də keçiriləcək.

Müəllifin işıq üzü görən sayca 10-cu bədii kitabı olan “5.45”-də ayrı-ayrı zamanlarda qələmə aldığı 15 hekayəsi toplanıb.

“Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə” (həmmüəllif), “Sonuncu hədiyyə”, “U geni”, “Yataqdakı qatil”, “Yolka işığında qətl”, “Qatil üçün nekroloq” və “Milanaya məktub” detektiv romanlarından sonra “5.45” detektiv janrda olmayan ilk nəsr kitabıdır. Kitab müharibə və sevgi mövzusundadır.

Kitabın redaktoru Xanəmir Telmanoğludur.