-
Monteneqro kommersiya subyektlərinin mərkəzi registri aprelin 13-də “Azmont Banka” Açıq Səhmdar Cəmiyyətinin qeydiyyata alındığını bildirib. İctimaiyyətə açıq informasiyada deyilir ki, bankın kapitalına 11 milyon 980 min avro qoyulub. Bankın yeganə səhmdarı “Azmont Investments” MMC-dir.
Monteneqro Mərkəzi Bankı Azmont Banka-ya lisenziyanın martın 1-də verildiyini bildirir.
Turan-ın xəbərinə görə, “Azmont Banka” ASC-nin Direktorlar Şurasına 5 nəfər daxildir. Onlar Əhməd Erentok, Rəşid Rəsullu, Rəşad Əliyev, Qorxmaz Ağayev və Ana İvanoviç-dir.
“Azmont Investments”in səhmlərinin 99,99 faizi “Azerbaijan Global İnvestments” MMC-yə məxsusdur. Bu investisiya şirkətinin səhmdarları isə “Pasha Development”, “AtaHolding” və “Synergy Group”dur.
“Azmont Investments” həmçinin Monteneqroda “Portnovi” kurort şəhərciyinin tikintisinə investisiya qoyur.