Pensiyaçılara kreditlərin dayandırıldığı bildirilir

-

Maliyyə Bazarlarına Nəzarət Palatasının pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul etdiyi bildirilir.

APA-nın xəbərinə görə, qərar kredit təşkilatlarının aidiyyatı şəxslərinə göndərilib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil.

Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması göstərilir. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının nisbətən qarşısını alacaq.

Ancaq agentliyin bu xəbəri, hələlik, Palatadan rəsmən təsdiq edilməyib.