-
Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başlayır.
«İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd» devizi altında keçirilən Forumun təşkilatçıları qeyd ediblər ki, tədbirə aralarında BMT-yə üzv ölkələrin dövlət və hökumət rəsmiləri olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.
3 gün davam edəcək Forumda 30-a qədər sessiyanın keçirilməsi nəzərdə tutulur.
Forumun yekunu olaraq Bakı Bəyannaməsi qəbul olunmalıdır.