Kuril adalarını müzakirə edəcəklər

Vladimir Putin (sağda) və Shinzo Abe, arxiv fotosu

-

Yaponiyanın Baş naziri Shinzo Abe bu həftə Rusiyaya səfər edəcək. O, Rusiya Prezidenti Vladimir Putin-lə görüşəcək, Moskvayla rəsmi sülh sazişinin bağlanması üzrə danışıqlar aparacaq.

Abe mayın 1-də Avropa səfərinə çıxıb. Yola düşməzdən öncə jurnalistlərə deyib ki, Tokioyla Moskva arasında Kuril adalarıyla bağlı ərazi mübahisəsini müzakirə edəcək. Yaponiyanın şimalında yerləşən bu dörd adanı Sovet İttifaqı 2-ci Dünya Müharibəsinin son günlərində tutub. Tərəflər müharibədən sonra sülh sazişi imzalamayıblar.

Kremlin məlumatına görə, Abe mayın 6-da Rusiyanın Soçi kurort şəhərinə gedəcək, Putin-lə ticarət əməkdaşlığı və digər iqtisadi, eləcə də “beynəlxalq məsələləri” müzakirə edəcək.

Abe Moskvadan öncə Fransa, Belçika, Almaniya və Britaniyaya səfər edəcək.