Dünyada din azadlığı pisləşməkdədir

Arxiv fotosu

-

Ötən il dünyada din azadlığının durumu pisləşib. Bu barədə ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) mayın 2-də açıqladığı hesabatda belə deyilir.

Hesabata görə, qlobal qaçqın böhranı, siyasi çəkişmələr və iqtisadi əlaqələrin pozulması “cəmiyyətdə dözümsüzlüyə” gətirib.

USCIRF 17 ölkəni “birinci dərəcəli” qrupa salıb, yəni bu ölkələrdə “din azadlığı ciddi şəkildə, sistematik, hərtərəfli pozulur”. Bu ölkələrə İran, İraq, Tacikistan, Türkmənistan, Pakistan və Özbəkistan daxildir.

“İkinci dərəcəli” ölkələrdə isə din azadlığının pozulması halları sıx monitorinq tələb edəcək səviyyədə ciddidir. Əfqanıstan, Azərbaycan, Qazaxıstan və Rusiya bu siyahıda yer alıb. Azərbaycan artıq bir neçə ildir bu siyahıdadır.

Hakimiyyət təmsilçiləri isə ölkədə bütün təməl azadlıqlar kimi, din azadlığının da qorunduğunu, təmin olunduğunu bildirir.