Parlament mayın 6-da Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsini müzakirə edib.
Parlamentin saytında açıqlanan layihədə damazlıq heyvanların, toxumların, mineral gübrələrin, laboratoriya avadanlıqlarının, idxalı və satışından aprelin 1-dən başlayaraq əlavə dəyər vergisinin tutulmaması əksini tapıb.
Bu siyahıya, habelə kənd təsərrüfatı təyinatlı suvarma qurğuları, maşın və avadanlıqlar daxildir
Daha bir dəyişiklik kənd təsərrüfatı torpaqlarından üzrlü səbəb olmadan təyinatına uyğun istifadə edilməməsinə görə, vergi məbləğinin artırılmasıdır. Bununla bağlı məcəlləyə 206.1-1-ci maddə əlavə edilir. Həmin maddəyə görə, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi hər 100 kvadratmetrinə görə 10 manat (1 hektar torpaq sahəsinə görə, 1000 manat) müəyyən edilir. Torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəniləcək.
Parlament dəyişiklikləri qəbul edib.
Vergilər Məcəlləsinin hazırda qüvvədə olan mətnində kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 0,06 manat müəyyən edilir.