Erdoğandan Avropaya mesaj

Foto arxiv

Türkiyə prezidenti Racep Tayyip Erdoğan bildirib ki, Ankara antiterror qanunvericiliyini Türkiyəyə qarşı viza rejiminin qaldırılmasına görə dəyişmək fikrində deyil.

O mayın 6-da deyib ki, bizim öz yolumuz var, siz isə öz yolunuzla gedin.

Avropa Birliyi vizasız rejim əvəzində Türkiyənin terrorçuluqla mübarizə qanununa yenidən baxmasını təkid edir.

Qeyd edək ki, Türkiyə ilə Avropa Birliyi arasındakı miqrant razılaşmasında qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona maliyyə yardımının artırılması, viza rejiminin qaldırılması və Ankara ilə üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Bu razılaşmanın imzalanmasında dünən istefaya gedəcəyini açıqlayan baş nazir Ahmet Davutoğlu mühüm rol oynayıb.

Erdoğan ölkədə prezident üsul-idarəsi tətbiq etmək və bunun üçün konstitusiyanı dəyişmək fikrindədir.

O hesab edir ki, xalqın buna ehtiyacı var.