-
İlin sonunadək Dövlət Neft Fondunun aktivlərinin azalması, büdcədə kəsirin yaranması gözlənilmir. Fondun icraçı direktoru Şahmar Mövsümov belə deyib.
Report-un xəbərinə görə, Ş.Mövsümov ilin ilk rübündə fondun ümumi vəsaitlərinin 2 faiz artdığını qeyd edib.
“Əgər proqnozlarımıza görə, ili təsdiq olunmuş büdcəyə uyğun olaraq, defisitlə bitirməli idiksə, artıq qiymətin müəyyən artımı göstərir ki, Neft Fondunun vəsaitləri azalmayacaq. Yəni kəsir olmayacaq" - deyə Ş.Mövsümov qeyd edib.
2016-cı ilin yanvar-mart aylarında fondun büdcə gəlirləri 2 023,1 milyon, xərcləri isə 1 946,7 milyon manat təşkil edib. Cari ilin aprelin 1-də Neft Fondun aktivləri ilin əvvəlinə (33 574,1 mln. dollar) nisbətən 2 faiz artaraq 34 246,0 milyon dollara çatıb.