Türkiyə Suriya və İraqda 3 min “İslam Dövləti” yaraqlısı öldürüb. Onlara qarşı heç bir ölkə bizim qədər mübarizə aparmayıb”.
Bunu mayın 11-də Balkan ölkələri müdafiə nazirləri ilə İstanbulda keçirilən görüşdə Türkiyə prezidenti Racep Tayyip Erdogan deyib.
O qeyd edib ki, bu qrupla mübarizədə heç bir ölkə Türkiyə qədər itki verməyib, eyni zamanda Türkiyə bu qrupla mübarizədə azı 3 min yaraqlı öldürüb.
“Bu qədər mübarizə aparan bir ölkə “İslam Dövləti” qrupunu necə dəstəkləyə bilər ? ”, deyə Erdogan vurğulayıb.
NATO üzvü olan Türkiyə Suriya müharibəsinin ilk vaxtlarında yaraqlıların bu ölkədən Suriyaya keçməsi və “İslam Dövləti” qrupuna qoşulmasına imkan yaratmaqda tənqid olunurdu.
Türkiyə bildirir ki, indi bu qurupla mübarizədə Qərb ölkələri ona daha çox kömək etməlidir, xüsusilə də Suriya sərhədinin yaxınlığındakı Kilis şəhəri ətrafında.