-
Bu ilin I rübündə istehlak xərclərinin ötən ilin analoji dövrü ilə müqayisədə nominal ifadədə 16 faiz artdığı bildirilir.
Mərkəzi Bankın yanvar-mart ayları üzrə «Pul Siyasəti» icmalında verilən məlumata görə, hesabat dövründə istehlakçıların xərclədiyi vəsaitin 50.5 faizi qida məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Ekspertlər deyir ki, Azərbaycanda əhalinin gəlirləri az, qiymətlər baha olduğundan əsas məbləğ ərzağa xərclənir. Sivil dövlətlərdə isə ərzağa çəkilən xərc 30-35 faiz civarında olur. Dünya bankının ekspertləri hesab edir ki, gəlirin əsas hissəsi ərzağa xərclənirsə, bu, yoxsulluqdur.
İlk rübdə son istehlak xərclərinin nominal həcminin 8.3 milyard manat olduğu bildirilir. Bunun da ev təsərrüfatlarının gəlirlərinin 81 faizini əhatə etdiyi qeyd edilir.
Rüb ərzində hər bir istehlakçının orta hesabla ayda 306.5 manatlıq xidmətlərdən istifadə etdiyi bildirilir. Bu da onun ötən illə müqayisədə 37.5 manat çox əmtəə alıb, pullu xidmətlərdən istifadə etməsi kimi dəyərləndirilir.
İlk 3 ayda hər bir istehlakçının qida məhsullarına, içkilər və tütün məmulatlarına orta hesabla ayda 119.1 manat, qeyri-ərzaq mallarına isə 116.8 manat xərclədiyi qeyd edilir.
2016-nın ilk rübündə ticarət şəbəkələrində xərc istiqamətlərinin payı, %-lə
Xərc istiqaməti | Xüsusi çəki, %- lə | |
2015 I rüb | 2016 I rüb | |
Qida məhsulları, içkilər və tütün məmulatları | 50.2 | 50.5 |
Toxuculuq malları, geyim və ayaqqabılar | 17.8 | 16.9 |
Elektrik malları və mebel | 5.7 |
6.3 |
Kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatlar | 0.8 | 0.8 |
Əczaçılıq və tibbi mallar | 1.2 | 1.3 |
Avtomobil yanacağı | 6.6 | 5.8 |
Digər qeyri-ərzaq malları | 17.7 | 18.4 |