Çeçenistanın hüquq-mühaqvizə orqanları Kenxi kəndini mühasirəyə alıb.
Bu kəndin sakini Ramazan Calaldinov respublika rəhbəri Ramzan Kadyrovu tənqit etdiyinə görə evi yandırılıb.
Kənd mayın 14-də mühasirəyə alınıb, sakinlər bir-bir sorğu-sual edilir.
Sakinlərdən Caladinovun ailəsinin yeri soruşulur.
Bu barədə “Kommersant” qəzeti yerli sakinlərə istinadla məlumat yayıb.
Ramazan Calaldinov apreldə prezident Vladimir Putinə videomüraciət yayaraq, Çeçenistan müharibəsi zamanı dağılmış evini göstərib və federal büdcədən bu məqsəd üçün ayrılan vəsaitin sakinlərə çatmadığını bildirib.
Ramzan Kadyrov bunu yalan adlandırıb və mayın 13-də Caladinovun evi yandırılıb.
Təqibdən qorxduğuna görə 56 yaşlı Caladinov respublikadan qaçıb.