-
Bu ilin dörd ayında Azərbaycanda əsas tikinti materiallarının istehsalı xeyli azalıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-apreldə 600 min ton sement və 53,3 min ton tikinti armaturu istehsal edilib . Bu isə sement istehsalında 32,2, armatur istehsalında isə 42,1 faiz azalma deməkdir.
Tikinti gipsinin istehsalında 43,6 min ton (31 faiz), betonda 118,8 min ton ( 67,1 faiz ), kərpicdə 56,5 min kubmetr ( 25,4 faiz) azalma olub.
Bu ilin birinci rübündə Azərbaycan 3,2 milyon dollarməbləğində 53,5 min ton sement və sement klinkeri idxal edib. Həmin dövrdə 29,6 min ton sement klinkeri ixrac edilib. 1 milyon 281 min dollar gəlir əldə edilib.
Bu ilin 3 ayında Azərbaycan 10,2 milyon dollar məbləğində 57,5 min ton polad prokatı ixrac edib. İxracatçılar Qazax Sement Zavodu və Baku Steel Company olub.
Azalma, əsasən dövlət büdcəsindən maliyyələşmə həcminin azalması ilə izah edilir.
Müstəqil iqtisadçılar isə deyir ki, Azərbaycanda tikinti sektoru çökür.