Idomeni-ni boşaldırlar

Uşaqlar Idomeni düşərgəsində, 22 may, 2016-cı il

-

Yunanıstan hökuməti mayın 24-də Makedoniya ilə sərhəddə yerləşən, ölkənin ən böyük qaçqın düşərgəsi olan Idomeni-ni tədricən boşaltmağa başlayıb.

Azı 200 çevik polis əraziyə girişi bağlayıb. Ancaq hökumətin qaçqın böhranı üzrə sözçüsü Giorgos Kyritsis deyib ki, polis gücdən istifadə etməyəcək. Onun sözlərinə görə, əməliyyat bir həftə – on gün davam edəcək.

Bu düşərgədə 8 min 400 nəfər yaşayır. Hakimiyyət deyir ki, qaçqınlar yeni tikilmiş düşərgələrə köçürüləcək.

Jurnalistləri əraziyə buraxmayıblar.

Hazırda Yunanıstanda 54 min qaçqın və miqrant var. Balkan və Avropa ölkələri sərhədləri bağladığından onlar buradan çıxa bilməyiblər. Bu qaçqınlar Yunanıstanda sığınacaq ala bilməsələr, Türkiyəyə deportasiya olunacaqlar.