-
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək təkrar seçkilərə müşahidəçilər göndərəcək.
«Trend»in məlumatına görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Twitter-dəki səhifəsində yazıb:
«AŞPA-nın Tallində keçirilən Büro iclasında Azərbaycan Milli Məclisinə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə təkrar seçkiləri müşahidə etmək üçün nümayəndələrin göndərilməsi barədə qərar qəbul edilib. Büro məsələ ilə bağlı təklifi yekdilliklə qəbul edib».
90 saylı Ağdaş Seçki Dairəsi üzrə təkrar seçkilər iyunun 18-nə təyin edilib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu dairədən deputatlıq uğrunda 6 şəxs mübarizə aparacaq.
Azərbaycanda sonuncu parlament seçkiləri ötən il noyabrın 1-də keçirilib. Seçkidən sonra MSK 90 saylı dairədə nəticələri ləğv etmişdi
Həmin seçkilərdə əsasən hakim Yeni Azərbaycan Partiyasından olan namizədlər qələbə çalmışdılar. Aparıcı müxalifət partiyalarının bir çoxu həmin seçkiləri boykot etmişdi.