Azərbaycanda nə qədər adam siqaret çəkir

-

Azərbaycanda kişilərin 40-60 faizi siqaret çəkir. Rəsmi bilgilərə görə, siqaret çəkən qadınların sayı isə 2-10 faiz təşkil edir.

*Youtube Kanalıza abunə ol və izlə

Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun direktor müavini İradə Axundova deyib.

APA-nın xəbərinə görə, İ.Axundova bildirib ki, siqaret çəkənlərin əksəriyyəti 20-60 yaşlarındadır:

“Tütün çəkmə insanlarda xroniki xəstəliklər yaradır və onlar çətin sağalır. Tütün sağalmayan xərçəng kimi xəstəliklərin yaranmasına səbəb olur. Bunun nəticəsində insanlar sağlamlığını, iş fəaliyyətini itirir, əlilliyə məruz qalır, həyatlarını itirir”

İ. Axundova qeyd edib ki, siqaret çəkən insanların 90 faizdən çoxu buna məktəb yaşlarında başlayır.

31 may bütün dünyada Siqaret Əleyhinə Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin: