Pensiyalar yeni qaydayla hesablana bilər

Samir Şərifov

-

Pensiyalar yeni qaydalarla hesablana bilər. Nazirlər Kabineti bununla bağlı qanun layihəsi hazırlayıb.

Bu haqda maliyyə naziri Samir Şərifov bildirib.

Trend-in xəbərinə görə, nazir deyib ki, pensiya inkişafı konsepsiyasına uyğun olaraq hazırlanan qanun layihəsi Prezident Administrasiyasına təqdim ediləcək.

Nazirin deməsinə görə, yeni hazırlanan qanun layihəsinin əsas məqsədi bunun yığılmış pensiya kapitalı hesabına formalaşdırılmasıdır. “Hər bir kəs qazandığı vəsaitlərə müvafiq olaraq pensiya ala bilməlidir”, nazir bildirib.

Azərbaycanda mayın 1-ə olan məlumata görə, 1 milyon 303 min 252 nəfər əmək pensiyası alır.

Onlardan 536 659 nəfəri kişi, qalanları isə qadınlardır.

Bu adamların 781 576 nəfəri yaşa, 375 884 nəfəri əlilliyə görə pensiya alırlar. 145 792 nəfər isə ailə başçısını itirdiyindən, bu imkanı əldə edib.

Hazırda əmək pensiyalarının orta aylıq məbləği 189,9 manatdır. Yaşa görə pensiyaların orta aylıq məbləği isə 210,8 manata qaldırılıb.