Kreml Ankaradan üzürhaqlıq gözləyir

Dmitry Peskov

Kreml hələ də ötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiya təyyarısini vurduğuna görə Türkiyədən üzürhaqlıq və kompensasiya gözləyir.

Kremlin sözçüsü Dimitry Peskov iyunun 1-də jurnalistlərə bildirib ki, Rusiya Türkiyənin münasibətlərin yaxşılaşması istiqamətində lazımi tədbirlər görməməsindən təəssüflənir.

Türkiyə prezidenti Racep Tayyip Erdoğan bundan bir gün əvvəl deyib ki, Moskvanın onlardan hansı ilk addımı gözləməsini başa düşmür.

Amma Erdogan pilotun səhvi ucbatından ikitərəfli münasibətlərin pisləşməsindən narahat olduğunu vurğulayıb.

Rəsmi Ankara hələ də bu insidentə görə Moskvadan üzr istəməyib.

Türkiyə SU-24 təyyarəsinin onun hava məkanını pozduğunu, Rusiya isə onun Suriya ərazisində vurulduğunu təkid edir.

Rusiya bu insidentdən sonra Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib,onunla birgə layihələrdən çıxıb.