-
ABŞ-da prezidentliyə namizədliyə demokratlardan iddialı Hillary Clinton deyir ki, respublikaçı rəqibi Donald Trump prezidentliyə “temperament baxımından yararsız”dır və xarici siyasət ideyaları “təhlükəlidir”.
İyunun 2-də xarici siyasət barədə çıxışında Clinton deyib ki, milyarder “Amerika və ya dünyanı anlamayan” biridir. O, Trump-ın xarici siyasət baxışlarının “real ideya deyil”, “boş söz yığını, şəxsi ədavət, birbaşa yalanlardan” ibarət olduğunu söyləyib.
“Nüvə kodları bu adamın əlində olmamalıdır”, Clinton deyib və əlavə edib ki, Trump-ın prezident seçilməsi “tarixi səhv” olardı.